3 May 2014 16:52
504

İspaniya La Liqasının 36-cı turunun açılış qarşılaşmasında həyacanlı anlar yaşanıb.

Teleqraf.com xəbər verir ki, hadisə “Rayo Valyekano” – “Atletik” qarşılaşmasında yaşanıb. Oyunun 30-cu dəqiqəsində Oskar de Markosun “Rayo Valyekano”nun qapısına vurduğu qolu çılğınlıqla qeyd edən bilbaolu azerkeşlər tribunanın qarşısındakı baryeri aşırdıblar.

Nəticədə bəzi azarkeşlər tribunadan yıxılıblar. Bundan sonra azerkeşlər arasında çaxnaşma yaranıb. Hətta futbolçular da azərkeşlərə kömək etməyə çalışıblar. Maç bir müddət dayandırılıb.

Qeyd edək ki, qarşılaşmada qonaq komanda “Atletik” 3-0 hesabı ilə qələbə qazanıb.


Müəllif: