Futbol üzrə İspaniya La Liqasında 36-cı turun növbəti oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.
Öz meydanında "Xetafe"ni qəbul edən "Barselona" qalib gələ bilməyib. "Malaqa" evdə "Elçe"yə, "Osasuna" "Selta"ya uduzub. "Valyadolid" isə "Espanyol" üzərində minimal hesablı qələbəyə sevinib.
Qeyd edək ki, La Liqanın növbəti oyunları bu axşam və sabah keçiriləcək.
İspaniya La liqası, 36-cı tur,
3 may
"Barselona" - "Qetafe" - 2:2
Qollar: Messi, 23 (1:0), Lafita, 37 (1:1), Sançez, 67 (2:1), Lafita, 90+2 (2:2)
"Malaqa" - "Elçe" - 0:1
Qol: Rodriqez, 11 (0:1)
"Osasuna" - "Selta Viqo" - 0:2
Qollar: Nolito, 20 (0:1), 34 (0:2)
"Valyadolid" - "Espanyol" - 1:0
Qol: Rukavina, 20 (1:0)