5 May 2014 15:01
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ və “Çelsi” arasında möhtəşəm transfer anlaşması baş tuta bilər .

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Joze Mourinyonun belçikalı oyunçu Eden Hazardı mövsümün sonunda göndərəcəyi iddia edilir. Əgər belə olarsa Hazardla yaxından maraqlanan Paris klubu onu Edinson Kavani ilə dəyişmək üçün qarşı tərəfə transfer təklifi göndərəcək.

Yayda heyətini bir hücumçu ilə gücləndirəcəyini hər fürsətdə açıqlayan Mourinyonun bu təklifə müsbət yanaşacağı qeyd olunub.

Mətbuatda yazılanlara görə, bu transfer mübadiləsinin reallaşma ehtimalı olduqca yüksəkdir.

Aygün İlqarqızı


Müəllif: