5 May 2014 15:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın idman direktoru Andoni Subisaretta baş məşqçi Xerardo Martinonun istefası haqda fikirlərini bölüşüb.

Telqeqraf.com xəbər verir ki, Andoni Subisaretta bundan öncəki açıqlamasında argentinalı mütəxəssisin gələn mövsümün sonuna kimi komandaya rəhbərlik edəcəyini söyləsə də, bu dəfə konkret cavab verməkdən yayınıb:

“Martinonun gələn mövsüm də komandada qalıb-qalmayacağı barədə danışmaq hələ tezdir. Hələlik Tata bizim baş məşqçimizdir. Əgər qərar qəbul olunsa, hər kəs biləcək”.

Qeyd edək ki, İspaniya mətbuatının iddiasına görə, “Barselona”da baş məşqçi vəzifəsinə ən real namizəd Luis Enrikedir.

Aygün İlqarqızı


Müəllif: