15 Aprel 2014 13:52
531

Şahmat tacının sahibi, dünya çempionu Maqnus Karlsen “Shamkir Chess Tournament in the memory of Vugar Gashimov” (Vüqar Həşimovun Xarirəsinə həsr olunmuş Şəmkir şahmat turnuiri) turnirinə hazırlığı Omanda davam etdirir.

Teleqraf.com xəbər verir ki, onun məşqləri hər kəsi təəccübləndirib. Belə ki, idmançının həddən artıq sürətli məşqi videonu izləyənləri də heyran qoyub.

Maqnus Karlsen məşqinin videosunun sosial şəbəkədə paylaşaraq belə yazıb:

“Məndən həmişə qarşıdan gələn turnirlərə necə hazırlaşıdığım barədə soruşurlar. Azərbaycandakı turnirdən öncə mən Omanda həm belə məşq etdim, həm də dincəldim”.

Aygün İlqarqızı


Müəllif: