15 Aprel 2014 15:46
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deyəsən, Araz Abdullayev axırda cavanlığının badında gedəcək. Bir müddət öncə xoş olmayan avtoqəza hadisəsi ilə yadda qalan milli komandamızın və "Neftçi"nin gənc yarımmüdafiəçi bu dəfə də oxşar hərəkət edib.

Teleqraf.com futbolinfo.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında futbolçu polislər tərəfindən saxlanılıb.

Araz maşını idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. YPX iəməkdaşları Abdullayevi maşını ilə birlikdə cərimə meydançasına aparıblar. Futbolçunun hansı qaydanı pozduğunu dəqiq bilmirik. Amma polislər onu cərimə meydançasına aparmağı lazım bilibsə, deməli, tez-tez avtoxuliqanlıq edən bu futbolçu ilə bağlı konkret səbəb var.

Videoda gördüyünüz “şou” isə bugünkü olayın təsviri deyil. Araz eyni maşınla çox hoqqalar törədib və bu, onlardan yalnız biridi.


Müəllif: