15 Aprel 2014 15:59

Amerikada Tuson şəhərində baş tutan stend atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Yarış 6 gün davam edib. Uzun fasilədən sonra təmsilçimiz Dünya Kubokunun finalına vəsiqə əldə edə bilib.

Teleqraf.com xəbər verir ki, Hafiz Cəfərovun yetirmələrindən skit növündə hədəf önünə keçən Nurlana Cəfərova təsnifat mərhələsini 4-cü yerdə başa vurub və həlledici mərhələyə yüksəlib. Lakin burada mükafatçılar sırasına yer ala bilməyib və 5-cliklə kifayətlənib. Olimpiya çempionumuz Zemfira Meftahətdinova isə Dünya kubokunu erkən başa vurub. O, bu dəfə 19-cu yerdə qərarlaşıb. Skit növündə mübarizə aparan Paşa Əhədpurla Emin Cəfərov isə müvafiq olaraq, 27-ci və 65-ci pillədə qərarlaşıb.

Trap növündə ölkəmizi təmsil edən yeganə snayperimiz Elvin İsmayılov da vətənə medalsız qayıdıb. O, 80 idmançı arasında 74-cü yeri tutub.

Aygün İlqarqızı


Müəllif: