6 May 2014 23:35
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti La Liqada qarşılaşacaqları "Valyadolid"lə oyunöncəsi komandasının çempionluq şanslarını dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, "AS" qəzetinə danışan italiyalı mütəxəssis qarşıdakı 3 oyunda qələbə qazanmağı hədəflədiklərini və son turda "Barselona" - "Atletiko" (Madrid) matçının nəticəsini gözləyəcəklərini bildirib:

"Yeganə çıxış yolumuz qarşıdakı 3 oyunda qələbə qazanmaqdır. Hazırda "Atletiko"nun üstünlüyü var. Əgər bu komanda 4 xal qazansa, çempion olacaq. Bizim əsas məqsədimiz qarşıdakı bütün oyunlarda qələbə qazanmaqla "Barselona" - "Atletiko" matçının nəticəsini gözləməkdir. Əminəm ki, "Barselona" "Atletiko"nu məğlub etməyə çalışacaq. Son turun bütün oyunları eyni saatda keçiriləcək. Bu mövsüm bizim üçün çox gözlənilməz alındı. Ancaq komanda sonadək mübarizə aparır".

Qeyd edək ki, 35 turdan sonra turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Real" klubu lider "Atletiko"dan 5, "Barselona"dan isə 2 xal geri qalır. Lakin nəzərə alaq ki, Karlo Ançelottinin komandası rəqiblərindən bir oyun az keçirib.


Müəllif: