15 Aprel 2014 17:47
1 304
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA İntizam Komitəsinin növbəti iclasında Premyer Liqanın XXX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilməsi barədə məlumat yaymışıq.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılmış, klub 5000 manat cərimə edilmişdi.

Teleqraf.com xəbər verir ki, klub rəsmisi ona tətbiq olunan cəzayla bağlı münasibətini açıqlayıb. H.Cəbrayıloğlu sosial şəbəkədə məsələyə aydınlıq gətirərək, hakimin söyüşlərini özünə qaytardığını yazıb:

“AFFA İK-nin qərarını anlayıram. Amma tunelə gedərkən lənkəranlı azarkeşləri küçə söyüşü ilə təhqir edən, "Əcəb eləmişəm, əlimin içindən gəlir" deyən Ramil Diniyevə nə cəza veriləcək?

Mən Diniyevin azarkeşlərimizə söydüyü söyüşləri onun özünə qaytarmışam. Harada qarşıma çıxsa yenə o söyüşləri ona qaytaracam”.

Aygün İlqarqızı


Müəllif: