7 May 2014 10:37
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Formula 1” yarışının keçiriləcəyi məkan müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, bunun üçün Bakının qərb hissəsində yerləşən Sultan burnu seçilib. Məhz burada Bakı bulvarı yekunlaşır. Avtodroma giriş yolu Zığ hava limanından olacaq. Uzunluğu 5160 m və 60 dairədən ibarət, ümumi uzunluğu 309 km olan avtodrom “Formula 1” yarışlarının reqlamentinə tam uyğundur.

Kompleksdə park yerləri, tribunalar, pit-stop, qaraj, təmir emalatxanaları, mətbuat mərkəzi də nəzərə alınıb. Yarışda iştirak edəcək idmançıların rahatlığını təmin etmək üçün mehmanxananın tikilməsi də nəzərdə tutulub.

Həmçinin, Sultan burnunun bitəcəyi yerdə yaxt-klub layihələndirilib ki, bu da su nəqliyyatının fəaliyyətinə imkan yaradacaq və turnirin keçirildiyi zaman və turnirdən kənar vaxtlarda sərnişinlərin daşınmasına imkan yaradacaq.


Müəllif: