7 May 2014 10:53
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən İngiltərə Premyer Liqasında 37-ci turun oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqa çərçivəsində, “Old Traford” stadionunda son matçını oynayıb və “Hal Siti”ni 3-1 hesabı ilə məğlub edib. Bu mövsüm keçmiş baş məşqçi Devid Moyes rəhbərliyi altında uğursuzluğa düçar olan və avrokuboklardan kənarda qalan “Mançester Yunayted” evindəki son oyununu qələbə ilə başa vuraraq azarkeşindən alqış qazanıb. Moyesin yerinə müvəqqəti baş məşqçi gələn klubun əfsanəvi futbolçusu Rayn Giks üçün də bu matç əhəmiyyətli olub. Təcrübəli futbolçu 70-ci dəqiqədə meydana daxil olaraq peşəkar futbolçu karyerasının son matçını keçirib.

Oyuna gəldikdə isə “Mançester”in gənc futbolçusu Ceyms Uilsonun dublu və Robin Van Persinin qolu 3 xal qazanmağa kifayət edib. “Mançester Yunayted” 38-ci tur çərçivəsində səfərdə oynayacağı “Southempton” görüşü ilə cari mövsümə yeun vuracaq.


Müəllif: