7 May 2014 16:41
2 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada verilən maraqlı bir elan bütün dünyanı şoka salıb.

Teleqraf.com xəbər verir ki, bir qadın Çempionlar Liqasının finalına bilet qazanmaq üçün istənilən kişi ilə yatmağa razı olduğunu deyib.

Belə ki, mayın 24-də Lissabonda keçiriləcək "Atletiko" - "Real" matçının biletləri satışa çıxarılandan qısa zaman sonra qurtarıb. İspaniyada "Atletiko" azarkeşi olan bir cütlük isə cəmi 1 bilet əldə edə bilib. Lakin çılğın fanat olan sevgililər matçı birlikdə izləmək istəyir.

Bu məqsədlə qız İspaniyadakı internet saytlarından birinə ilginc elan verib. O, deyib ki, onlara bilet verəcək şəxslə bir saat ərzində sekslə məşğul olacaq. Elanı oxuyanlar qızın bunu sevgilisindənxəbərsiz olduğunu düşünüb. Lakin az sonra oğlan bundan xəbərdar olduğunu göstərib:

" Bu finalı izləmək istəyirik, bizə yardım edin".


Müəllif: