8 May 2014 14:37
607

“Düşünürəm ki, bu çempionluqla həm qarabağlıları, həm də bütün azərkeşlərimizi sevindirə bildik”.

Bunu açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, təkcə özümüz yox, bizim köçkünlərimiz də bu qələbəni çoxdandır ki, gözləyirdilər:

“Həqiqətəndə çox gözlənilən qələbə idi. Biz çox istəyirdik ki, komanda çempion olsun. Bilirsiniz ki, Qarabağ adı hər birimiz üçün doğmadır. Təkcə özümüz yox, bizim köçkünlərimiz də bu qələbəni çoxdandır ki, gözləyirdilər. Düşünürəm ki, bu çempionluqla həm qarabağlıları, həm də bütün azərkeşlərimizi sevindirə bildik. Biz Qarabağın adını daşıyırıqsa, tanıtmaq istəyiriksə işimizi layiqincə yerinə yetirməliyik”.

Gələn mövsümdən Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ”ın baş məşqçisi klubun gələcək mövsümdəki hədəfindən də danışıb: “Hər il Avro Liqalarda iştirak edirdik. Gələn mövsümdən isə ildən Çempionlar Liqasında mübarizə aparacağıq. Çalışırıq ki, ciddi hazırlaşaq. Hazırlaşmaq üçün əlavə vaxtımız var. Tam proqramımızı hazırlamamışıq, amma bir neçə gündən sonra bu barədə düşünəcəyik. Maksimum hazırlaşırıq ki, komandanı bu turnirə daha yaxşı hazırlayaq. Bizim də borcumuz o olacaq ki, əlimizə düşən şansdan istifadə edək. Qismətimizdə olsa inşallah Çempionlar Liqasında qruplara düşəcəyik”. /anspress/


Müəllif: