9 May 2014 10:01
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya yığma komandasının türk əsilli yarımmüdafiəçisi Məsut Özil yayda Braziliyada keçiriləcək dünya çempionatında millisinin şanslarını dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, futbolçu Braziliyadakı istinin onun oyununa təsir etməyəcəyini bildirib:

"Oyuna çıxdığımda bütün dünyanın bizi izlədiyini düşünərkən istini unudacam. Balaca uşaq kimi bunun dadını çıxaracam. Komanda olaraq isti probleminin öhdəsindən gələcəyimizə inanıram. Bütün futbolçular kimi mən də dünya çempionu olmaq istəyirəm".

Qeyd edək ki, Özil klubu "Arsenal"la İngiltərə Federasiya kubokunu qazanmaq istədiyini deyib.


Müəllif: