10 May 2014 13:10
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alp dağlarında keçirdiyi ağır qəzadan sonra komaya düşən "Formula-1" əfsanəsi Mixael Şumaxer haqqında səslənən fikirlər hamını şoka salıb.

Teleqraf.com xəbər verir ki, Kembric Universitetinin professoru Peter Hatçinson verdiyi açıqlamada "Şumaxer komadan ayılanda gəzməyi, danışmağı və yemək yeməyi yenidən öyrənmək məcburiyyətində qalacaq. Artıq əvvəlki Şumaxer olmayacaq. Onun üçün asan olmayacaq, bu şərtlərlə mübarizə aparmaq məcburiyyətində qalacaq" deyib.

Qeyd edək ki, ötən ilin dekabrında qəzaya düşən Şumaxer 132 gündür komadadır.

Uğur


Müəllif: