10 May 2014 22:39
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina millisinin futbolçusu Leonel Messi yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com-un məlumatına görə, "Ole"yə danışan Messi ən yaxşı seçilməsi üçün dünya kubokunu qazanmağa ehtiyacı olmadığını bildirib:

"Dünya kubokunu qazanmayan bir sıra səviyyəli futbolçu var. Mənim də ən yaxşı olmağım üçün dünya kubokuna ehtiyacım yoxdur. Lakin dünya çempionu olmaq hər bir futbolçu üçün xüsusi önəm daşıyır. Braziliyada yaxşı günlər keçirəcəyimizi düşünürəm. Ümid edirəm ki, finala vəsiqə qazana biləcəyik".


Müəllif: