11 May 2014 12:53
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya "İnter"inin canlı əfsanəsi Xavyer Zanetti karyerasını başa vurub.

Teleqraf.com-un məlumatına görə, İtaliya A Seriyasının 37-ci turunda baş tutan "Latsio" ilə qarşılaşmada kapitan vida matçına çıxıb. O, görüşün 52-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, 1995-ci ildən "İnter"in şərəfini qoruyan 41 yaşlı futbolçu meydana çıxdığı 852 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb. Təcrübəli futbolçu 5 dəfə A Seriyasını, 4 dəfə ölkə kubokunu, 4 dəfə superkuboku, bir dəfə UEFA kubokunu, Çempionlar Liqasını və klublararası dünya kubokunu qazanıb.


Müəllif: