11 May 2014 15:59
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suarez futbolçuları dişləyir. Düzdü, o, bunu ötən mövsüm edib. Ancaq belə xətalar həmişə danışılır və yaddan çıxmır".

Teleqraf.com-un məlumatına görə, bu sözləri "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo deyib.

"İngiltərə Premyer Liqasında ilin ən yaxşı futbolçusu kim olmalı idi" sualını cavablandıran portuqaliyalı mütəxəssis "Mançester Siti"nin hücumçusu Edin Dzekonun adını söyləyib.

"Məncə, ilin futbolçusu hər zaman çempion komandalardan seçilməldir. Bu mövsüm "Mançester Siti"nin çempion olacağına şübhə etmirəm. Əgər bu baş versə, Dzeko mövsümün ən yaxşı futbolçusu olmalıdır. Çünki o, çempionatın əvvəlində komandasının üçüncü hücumçusu idi. Hətta bəzən baş məşqçiləri ona şans vermirdi. Ancaq sonradan necə inkişaf etdiyini gördünüz. Dzeko qol vurmaqdan əlavə məhsuldar ötürmələri ilə də seçilirdi. Həm də o, dürüst futbolçudur, heç vaxt özünü yerə ataraq hakimi aldatmır".

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu "Liverpul"un hücumçusu Luis Suarez seçilib. O, cari çempionat ərzində 32 oyunda 31 qola imza atıb. Dzeko isə forma geydiyi 27 matçda 26 qol vurub.


Müəllif: