13 May 2014 18:45
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Bavariya” futbol klubunun keçmiş prezidenti Uli Höness təhdid olunur.

Cinayətkarlar eks prezidentə göndərdikləri məktubda onu və ailəsini təhdid ediblər.

Cinayətkarlar ondan 200 min avro tələb ediblər. Cinayətkarlar bildiriblər ki, pul ödənilməyəcəyi təqdirdə Hönessin türmədə olması belə onu xilas etməyəcək.

Höness məsələ ilə bağlı hüqu-mühafizə orqanlarına müraciət edib. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Uli Höness vergidən yayınmaqda ittiham olunaraq 3,5 il müddətinə həbs cəzasına məhkum edilib. /anspress/


Müəllif: