14 May 2014 11:42
951

Bu gün Avro Liqada final mərhələsi keçiriləcək.

Priney derbisində İspaniyanın “Sevilya” klubu ilə Portuqaliyanın “Benfika”komandası qarlışacaq. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq matçı almaniyalı hakim Felliks Brix idarə edəcək. “Sevilya” bu gün qalib gəlsə, tarixi ərzində 3-cü dəfə bu kuboku başı üzərinə qaldırmış olacaq. 2005-2006, 2006-2007-ci illər mövsümündə, o vaxtkı adı ilə UEFA kubokunu qazanan “Sevilya”, bu dəfə Avro Liqada bu uğura imza atmaq istəyir.

“Benfika” isə öz növbəsində Avro Liqada ardıcıl ikinci dəfə final mərhələsində mübarizə aparacaq. Keçən il finalda “Çelsi”yə 2-1 hesabı ilə uduzan Portuqaliya təmsilçisi bu gün kuboku əldə etməyi hədəfləyir.


Müəllif: