16 Aprel 2014 15:27
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir aya yaxındır zədəli olan "Arsenal"ın yarımmüdafiəçisi Məsut Özildən xəbər var.

Teleqraf.com xəbər verir ki, türk əslli alman futbolçu artıq yaşıl meydanlara qayıtmağa hazırdır. Bunu jurnalistlərə açıqlamasında “topçular”ın baş məşqçisi Arsen Venger deyib. Xəbər klubun rəsmi saytından da təsdiqlənib. Məsutun Premyer Liqanın 35-ci turunda "Hall Siti" ilə görüşdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Özil Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə matçda dizaltı vətərlərini zədələmişdi.


Müəllif: