2 Fevral 2015 18:13
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaxtilə Avropanın ən istedadlı və perspektivli futbolçuları sırasında göstərilən Rikardo Kuarejma hazırda “Portu”nun şərəfini qoruyur.

Publika.az xəbər verir ki, hələ də fantastik qollarıyla azarkeşlərin zövqünü oxşayan sabiq “Beşiktaş”lı Portuqaliya çempionatının son turunda “Pakuş Ferreyra”yla qarşılaşmada yenə də tribunaları coşdurub.

“Əjdahalar”ın böyükhesablı qələbəsinə dublla töhfə verən Kuarejmanın ikinci qolu daha baxımlı olub. Özünəməxsus şəkildə sağ ayağının çölüylə uzaq məsafədən qapıya zərbə vuran futbolçu rəqib qapıçıya heç bir şans verməyib.

Cari mövsümdə Portuqaliya çempionatında 16 oyun keçirən Rikardo 3 qol vurub. “Beşiktaş”dan ayrıldıqdan sonra bir müddən “Əl-Əhli”də top qovan portuqaliyalı istedad “Portu”ya qayıtdıqdan sonra yenidən oyunuyla diqqət mərkəzinə düşüb.


Müəllif: