3 Fevral 2015 09:53

2010/2011 mövsümündən bu günə qədər Avropanın beş böyük futbol liqalarında çıxış edən cərimə zərbələrin mahir ustaları müəyyənləşib.

Çempionlar Liqası və Avropa Liqası turnirlərinin də daxil olduğu siyahıya "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalı futbolçu 2010/2011 mövsümündən bu yana 17 dəfə cərimə zərbələrini dəqiq yerinə yetirib. "Yuventus"un futbolçusu Andrea Pirlo 14 qolla ikinci, Françesko Lodi isə 12 qolla üçüncü olub.

1. Kriştiano Ronaldo ("Real", Madrid) - 17 qol
2. Andrea Pirlo ("Yuventus") - 14 qol
3. Françesko Lodi ("Genua", "Kataniya") - 12 qol
4. Lionel Messi ("Barselona") - 11 qol
5. Juan Aranqo ("Borussiya", Münhenqladbax) - 10 qol

6. Antonio Di Natale ("Udineze") - 8 qol
7. Luis Suars ("Liverpul", "Barselona") - 8 qol
8. Qaret Beyl ("Tottenhem", "Real") - 8 qol
9. Daniel Vass ("Evian") - 8 qol
10. Benat Ekçeberiya ("Betis", "Atletik") - 7 qol

11. Hakan Çalhanoğlu ("Hamburq", "Karlsrue") - 7 qol
12. Zlatan İbrahimoviç ("Milan", PSJ) - 7 qol
13. Miralem Pyaniç ("Roma") - 7 qol
14. Dieqo ("Volfsburq", "Atletiko") - 7 qol
15. Daniel Konti ("Kalyari") - 6 qol

16. Ueyn Runi ("Mançester Yunayted") - 6 qol
17. Sejad Salihoviç ("Hoffenhaym") - 6 qol
18. Stiven Cerard ("Liverpul") - 6 qol
19. Leyton Beyns ("Everton") - 5 qol
20. Mario Balotelli ("Mançester Siti", "Milan") - 5 qol

21. Yohan Kabaye ("Nyukasl", PSJ) - 5 qol
22. Alessandro Diamanti ("Breşiya, Bolonya") - 5 qol
23. Hernanes ("Latsio", "İnter") - 5 qol
24. Gilfi Siqurdsson ("Tottenhem", "Suonsi") - 5 qol
25. Yaya Ture ("Mançester Siti") - 5 qol

26. Xuan Mata ("Çelsi", "Mançester Yunayted") - 5 qol
27. Sebastian Larsson ("Sanderlend) - 5 qol
28. Yohan Mollo ("Nansi, "Sent-Etyen") - 5 qol
29. Françesko Totti ("Roma") - 5 qol
30. Marko Roys ("Borussiya", Dortmund) - 5 qol

qol.az


Müəllif: