14 May 2014 18:37
785

İspaniyanın "Atletiko Madrid" klubunda forma geyinən türkiyəli futbolçu Arda Turan Somadakı faciəyə görə göz yaşlarını saxlaya bilməyib.

Teleqraf.com xəbər verir ki, səhər məşqinə çıxan futbolçular Ardaya təsəlli verməyə çalışıblar.

Klubun rəsmi səhifəsində "Arda Turan və "Atletiko Madrid" Somada kömür mədənində həyatını itirənlərin ailələrinə baş sağlığı verir" sözləri paylaşılıb.

Uğur


Müəllif: