6 Fevral 2015 17:44
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya yığmasının və "Barcelona"nın hücumçusu Pedro Rodriqes gələcək taleyi ilə bağlı danışıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o növbəti mövsüm bu klubda “Barcelona” oynayacağına əmin deyil.

“Barcelona”da qalıb-qalmayacağımı dəqiq bilmirəm. Hazırda burada xoşbəxtəm, ancaq mövsümün sonu nələrin baş verəcəyini bilmək olmaz”.

Mövsümün sonunda Kataloniya klubunu tərk edə biləcəyinə işarə vuran 27 yaşlı hücumçu sözlərinə belə davam edib:

"Mövsüm başa çatan kimi komandamın uğur qazanması üçün çalışacam. Matçlarda mənə daha çox şans verilməsi üçün əlimdən gələni edəcəm".

Bundan öncə "Barsa"nın digər futbolçusu Dani Alves komandadan ayrılacağını bildirmişdi. Braziliyalı müdafiəçinin müqaviləsinin müddətdi yayda bitir.

Rüstəm


Müəllif: