7 Fevral 2015 10:41
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın Avropa Liqasında başına gələnlərdən xəbəriniz var. “İnter” oyunun son dəqiqələrində Rçard Almeydanın tarixi qolunun qeydə alınmaması və “Köhlən atlar”ın turnirlə vidalaşması hamımızı sarsıtdı.

Son iki gündə Publika.az bu məsələni daha çox gündəmdə saxladı. Düzdür, fevralın 5-də bizi ovudacaq nəticə hasil olmadı. Hardasa bunu gözləyirdik. Amma...

Dünən FİFA referilərimizdən biri Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Sizcə hansı oyuna?

UEFA Avropa Liqasının 1/16 final mərhələsində fevralın 19-da, Kiyev şəhərindəki NSK Olimpiyski stadionunda keçiriləcək "Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.

UEFA bununla nə demək istəyir görəsən? Görəsən, qurumda oturanlar 16 oyun arasından başqasını seçə bilmirdilər? Niyə məhz “Qarabağ”ın yerinə vəsiqə qazanan “Dnepr”in oyununa azərbaycanlı hakim təyin olunur?


Müəllif: