7 Fevral 2015 22:27
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Gimnastika Arenasında keçirilən stolüstü tennis üzrə Avropa “Top-16” kuboku yarışlarının ikinci günündə - fevralın 7-də 16 maraqlı qarşılaşma oynanılıb.

Azərbaycanın turnirdə mübarizə aparan hər iki idmançısı yarışda iştiraklarını dayandırıblar. Qadınlar arasında mübarizədə ölkəmizi təmsil edən Məryəm İmanova “A” qrupunda Avstriya təmsilçisi Jia Liu ilə üz-üzə gəlib. M.İmanova qarşılaşmadan 0:3 (6:11, 4:11 və 4:11) hesabı ilə məğlub ayrılıb.

Kişilərin yarışında isə “D” qrupunda çıxış edən Fərhad İsmayılov portuqaliyalı Tiaqo Apoloniya ilə qarşılaşıb. Görüş rəqibin 0:3 (5:11, 7:11, 6:11) hesablı üstünlüyü ilə başa çatıb.

Bununla da yarışlarda qrup oyunlarına yekun vurulub.

Fevralın 8-dək davam edəcək turnirdə Avropanın 17 ölkəsindən 34 idmançı mübarizə aparır.


Müəllif: