9 Fevral 2015 13:11
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güləşçilərimiz Moskvadan 1 qızıl və 1 bürünc medalla qayıdıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a bildiriblər ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu Boris Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri 1 qızıl və 1 bürünc medal qazanıb.

Yarışda 42 kq çəki dərəcəsində mübarizə aparan Elşad Məmmədov bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. 69 kq-da yarışan Ülvi Qənizadə isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb və bürünc medal qazanıb.

Zaur Nuriyev (46 kq) və Camal Feyziyev (100 kq) isə turniri 5-ci sırada tamamlayıblar.


Müəllif: