11 Fevral 2015 10:06
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 14-15-də İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından (AGF) Teleqraf.com-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdə tam heyətlə iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında İsveçə Mariya Stadnik (48 kq), Anjela Doroqan 53 kq), İrina Netreba (58 kq), Yuliya Ratkeviç, Natalya Sinişin (hər ikisi 60 kq), Raqnetta Qurbanzadə (63 kq), Nadya Muşka Sementsova (69 kq) və Gözəl Zutova (75 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Rövşən Hacıyev ölkəmizi təmsil edəcək.


Müəllif: