13 Fevral 2015 08:55
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın təşkil etdiyi futbol üzrə “Bakcell U-14 Elit Kuboku” turnirinə fevralın 12-də Bayıl stadionunda yekun vurulub.

Teleqraf.com xəbər verir ki, turnirin final oyunu “İnter” və “Qəbələ” komandaları arasında keçirilib. Rəqibini 3:0 hesabı ilə məğlub edən “Qəbələ” “Bakcell U-14 Elit Kuboku” turnirinin qalibi adını qazanıb.Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub.

Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “Bakcell” şirkətinin nümayəndəsi Ayaz Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov və “İnter” klubunun kənar idarəçisi Georgi Nikolov təqdim ediblər.

Xatırladaq ki, üçüncü yer uğrunda oyunda “Bakı” və “Neftçi” komandaları qarşılaşıblar. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 qol vuran “Bakı” turniri üçüncü pillədə başa vurub.


Müəllif: