13 Fevral 2015 17:21
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulduz futbolçu Lionel Messinin portreləri Böyük Britaniyanın məşhur Sotheby's hərrac evində satılıb.

Teleqraf.com xəbər verir ki, fevralın 12-də baş tutan hərraclarda yapon rəssamı Takasi Murakaminin çəkdiyi rəsm əsəri 429 min avro, britaniyalı Demien Herstin portreti isə 494 min avroya satılıb.

Satışlardan əldə olunan bütün gəlir UNİCEF tərəfindən həyata keçirilən "1 in 11" xeyriyyə layihəsinə - Banqladeş, İndoneziya və Nepalda təhsil proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək. Aksiya bu və digər səbəbdən təhsil almaq imkanı olmayan uşaqlara yardım məqsədi daşıyır.

Rüstəm

Demien Herst, 'Beautiful Messi Spin Painting for One in Eleven' (2014)

Demien Herst, 'Beautiful Messi Spin Painting for One in Eleven' (2014)

Lionel Messinin portretləri fantastik qiymətə satıldı


Müəllif: