14 Fevral 2015 14:11
572

"Yuventus" Pol Poqbaya əvəzedici axtarır.

Teleqraf.com xarici mətbuata istinadın xəbbər verir ki, fransalı futbolçu Poqbanın yayda Turin klubunu tərk etmə ehtimalı komandanın ona əvəzedici axtarmasına səbəb olub. Avropanın bir sıra nəhəng klubları Poqbaya görə 70-100 milyon avro arası məbləğ ödəməyə hazırdı. Beppe Marotta və Fabio Paratitsi artıq ulduz oyunçunu əvəzləyə biləcək futbolçu axtarışına çıxıblar.

"Yuventus"un əsas transfer hədəfi Dortmund "Borussiya"sının yarımmüdafiəçisi İlkay Gündoğandı. Almaniya millisinin üzvü klub ilə olan müqaviləsini uzatmaqdan imtina edib.

"Borussiya" 2016-cı ilə kimi Gündoğanı heyətində saxlamaq fikrində deyil. Bu səbəbdən "Yuve"nin onu transfer etməsi olduqca real görünür.

Rüstəm


Müəllif: