14 Fevral 2015 20:56

Fevralın 14-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının ilk günündə sərbəst güləş yarışları keçirilib.

Ölkəmizin bütün rayon və şəhərlərindən 136 idmançının mübarizə apardığı yarışda qalib və mükafatçılar müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, yarışların finalında Şəhriyar Salmanov (50 kq), Əfqan Xaşalov (55 kq), Cahid Həsənzadə (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Axra Cengeniya (84 kq), Nurməhəmməd Hacıyev (96 kq), Səid Həmidov (120 kq) rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunub və yığma komandanın heyətinə cəlb ediliblər.


Müəllif: