14 Fevral 2015 23:45
462

Antalya şəhərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən “Turkish open” beynəlxalq turniri keçirilir. AzərTAc xəbər verir ki, yarışda ölkəmizi 46 taekvondoçu və məşqçilər heyəti təmsil edir.

Turnirdə idmançılarımız uğurlu mübarizə apararaq aktivlərinə medallar əlavə ediblər. Kişilər arasında 54 kq çəki dərəcəsində mübarizəyə qatılan Mikayıl Əliyev rəqiblərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər taekvondoçularımız Məhəmməd Məmmədov (58 kq) və Anar Hüseynli (49 kq) yarışı bürünc medallarla başa vurublar.Qızların mübarizəsində isə 42 kq çəki dərəcəsində Mehriban Məmmədova bürünc medalla kifayətlənib.

Eyni çəkidə döyüşən yeniyetmələr arasında Avropa və dünya üçüncüsü Nərgiz Mirzəyeva isə finalda fransalı rəqibinə əlavə olunmuş dördüncü raundda uduzaraq gümüş medal qazanıb.


Müəllif: