Bakının qadınlardan ibarət “Rabitə” voleybol komandasının Avropa Voleybol Konfederasiyası (CEV) kubokunun “Çelenc raund”unda ev oyununun vaxtı və saatı dəqiqləşib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu Fransanın “Beziers” klubunu martın 12-də qəbul edəcək. “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Aqdedə keçiriləcək ilk oyun martın 3-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.