17 Fevral 2015 18:01
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsveçrənin Cenevrə şəhərində "Qarabağ"ın apellyasiya şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, UEFA "Qarabağ"ın müraciətini təmin etməyib.

Belə ki, Apellyasiya Komitəsi hakimin qərarının səhv olduğunu və bu baxımdan ona cəza verilə biləcəyini istisna etməyib. Ancaq Komitə bu hakim səhvinin matçın yenidən oynadılmasına səbəb olacaq bir şəkildə qayda pozuntusu olmadığını bildirib.

Beləliklə, "Qarabağ" - "İnter" matçı təkrar keçirilməyəcək. Gözlənildiyi kimi, çexiyalı hakimlər briqadasına cəza veriləcək.


Müəllif: