17 Fevral 2015 18:31
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Arsenal" klubu İtaliyanın "Palermo" klubunda çıxış edən Paulo Dibala uğrunda gedən mübarizədə favorit hesab olunur.

Teleqraf.com xəbər verir ki, "topçular"ın rəsmiləri yaxın günlərdə "Palermo"nun prezidenti ilə görüşəcəklər.

London klubu argentinalı futbolçunun müqabilində 40 milyon avro ödəməyə hazırdı.

Cari mövsümdə 22 matçda meydana çıxan Dibalanın aktivində 11 qol və 7 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: