15 May 2014 17:21
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Matç 6-6 hesabı ilə bitib.

Azərbaycanın “Baku Guards” komandası ilə Britaniya şahzadəsi Harrinin rəhbərlik etdiyi Taylandın “King Power Polo” komandaları arasında polo turniri keçirilib.

Teleqraf.com buro247.az-a istinadən xəbər verir ki, mayın 11-də baş tutan oyunu 300-dən çox VIP qonaq izləyib.

“Baku Guards” komandasının tərkibində Kembric hersoqu Uilyam, peşəkar ingilis polo oyunçusu Simon Holland, polo yarışları üzrə çempion Lindon Li, o cümlədən argentinalı oyunçu Fakundo Pyeras çıxıb ediblər.

Britaniya şahzadəsi Harrinin rəhbərliyi altında “King Power Polo” komandasında isə akundo Pyerasın qardaşı Gonzalito Pyeras və Tayland əsilli milyarderlərin övladları Aiyawatt Top Srivaddhanaprabha və Talapichet Ton Srivaddhanaprabha olublar. Matç 6-6 hesabı ilə bitib.

Daha sonra qonaqlar turnirə həsr olunmuş dəbdəbəli ziyafət və hərracda iştirak ediblər. “Baku Guards” komandasının təsisçisi, “AzMeCo” şirkətinin prezidenti Nəsib Piriyev The De Beers Diamond Jewellers Royal Charity Polo Cup tədbirinin keçirilməsi təşəbbüsünü təqdirəlayiq hesab edib:

“Belə bir tədbirdə nüfuzlu xeyriyyə təşkilatları ilə tərəfdaş olmaq qürurvericidir. 2014-cü ildə “Baku Guards” fəaliyyətinin 1 illiyini qeyd edir və bu xüsusi matçda şahzadə Uilyamın bizim komandada oynaması ən böyük uğurumuzdur. Ümid edirik ki, gələcəkdə bu tədbirlər davamlı olacaq. Şahzadələrə və tədbirin uğurla keçirilməsində əziyyəti keçən hər kəsə minnətdarlığımızı bildiririk”.


Müəllif: