18 Fevral 2015 16:55

"Roma"nın yarımmüdafiəçisi Miralem Pyaniç "Liverpul"un maraq dairəsinə düşüb.

Teleqraf.com "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızılar" Bosniya və Herseqovina millisinin üzvünə görə klubuna 50 milyon avro ödəməyə hazırdı. Bununla yanaşı, əgər keçid baş tutarsa, Pyaniçin yeni iş yerindəki illik məvacibi 11 milyon avro olacaq.

Ancaq 24 yaşlı futbolçunun "Liverpul"un Çempionlar Liqasındakı iştirakının sual altında olduğunu əsas gətirərək, bu təklifə yox dediyi bildirilir.

Rüstəm


Müəllif: