20 Fevral 2015 12:50
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimiz Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoldaşlıq matçı keçirəcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin bu gündən etibarən fevralın 26-dək Türkiyənin Antalya şəhərində keçirələcək təlim-məşq toplanışı üçün açıqlanmış heyətində iki dəyişiklik baş verib.

AFFA-nın yaydığı xəbərə görə, Rəşad Sadiqov (“Qəbələ”) və Səlahət Ağayev (“İnter”) zədəli olduqları üçün toplanışda iştirak etməyəcəklər.

Robert Prosineçki toplanış çərçivəsində Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə yoldaşlıq matçı keçirəcək. Qarşılaşma fevralın 24-ü, saat 19:00-da başlayacaq.

Rüstəm


Müəllif: