20 Fevral 2015 18:15
566

Tito Vilanova "Barselona" tarixinin unudulmaz parçalarındandı.

Teleqraf.com xarici mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi də onu unutmayıb. Bu gün keçirilən mərasimlə "Barselona"nın əsas məşq meydançası Vilanovanın şərəfinə "Camp Tito Vilanova" adlandırılıb.

Tito Vilanova 2012-2013-cü illər arasında katalon klubunun baş məşqçisi olub. O, bununla yanaşı, 2007-2008-ci illərdə "Barselona B"də, 2008-2012-ci illərdə isə əsas komandada köməkçi məşqçi kimi çalışıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən Vilanova 2014-cü il, aprelin 25-də vəfat etmişdi.

Rüstəm


Müəllif: