22 Fevral 2015 06:09
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 21-də qadın voleybolçular arasında Azərbaycan Super Liqası yarışlarının XII turdan təxirə salınan qarşılaşma keçirilib.

Teleqraf.com-un məlumatına görə, günün yeganə matçında “Telekom” komandası “Rabitə” ilə qarşılaşıb. Matçın aşkar favoriti olan son illərin dəyişməz ölkə çempionu “Rabitə” çətinlik çəkmədən 3 xal qazanıb.

Baş məşqçi Zoran Qayıçin gəlişindən sonra əsas rəqiblərindən “Lokomotiv” üzərində “quru hesablı” qələbə qazanan “Rabitə” “Telekom”a da eyni aqibəti yaşadıb – 3:0. Bu qələbə ilə “Rabitə”ni turnir cədvəlinin ilk pilləsinə qalxıb.


Müəllif: