22 Fevral 2015 14:14

I divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, I divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq.

Trend-in məlumatına görə, bunu Antalyada jurnalistlərə açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov məlumat verib.

Onun sözlərinə görə, Məşqçilər Komitəsi I divizion klublarının baş məşqçiləri ilə görüşüblər: “Soruşduq ki, 2 il ərzində I diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? "Yox" dedilər. Onda I divizion nədən ötrüdür? Hər halda bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik”.


Müəllif: