25 Fevral 2015 07:10
434

Fevralın 24-də UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində keçirilmiş "Mançester Siti" - "Barselona" oyununda Luis Suarez rəsmləşdirdiyi dubl ilə ispan klubuna 2:1 hesablı qələbə qazandırıb.

Teleqraf.com-un məlumatına görə, Sergio Aqueronun 69-cu dəqiqədə vurduğu top İngiltərə klubunun vəziyyətini bir az asanlaşdırıb.

Qeyd edək ki, 1/8 finalın digər oyunu, "Yuventus" - "Borussiya Dortmund" qarşılaşması ev sahibinin 2:1 hesablı qələbəsi ilə bitib. Karlos Tevezin 13-cü dəqiqədə vurduğu topa cəmi beş dəqiqə sonra Marko Roys cavab verə bilsə də, Alvaro Moratanın 42-ci dəqiqədə vurduğu qol İtaliyalı kluba qələbə gətirib.


Müəllif: