25 Fevral 2015 13:06
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid"in qolkiperi İker Kasilyas yayda klubdakı gələcəyi ilə bağlı qərar verəcək.

Teleqraf.com xəbər verir ki, ispan qapıçının müqaviləsi 2017-ci ildə bitir, ancaq o, cari mövsümün sonunda komandanı tərk edə bilər. Madrid klubunun azarkeşləri son zamanlarda Kasilyasın oyunundan narazıdılar, hətta fanatların bir qismi onu fitə basır.

Veteran qolkiper daha öncə MLS-də çıxış etmək istədiyini bildirmişdi. Kasilyas 1998-ci ildən "Real"ın əsas komandasında çıxış edir.

Rüstəm


Müəllif: