25 Fevral 2015 15:34
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fasilədə rəqibə qarşı daha çox pressinq etməli olduğumuzu söylədim".

Teleqraf.com xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini Çempionlar Liqasının 1/8 finalında "Barselona"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis komandasının məğlubiyyətini belə şərh edib:

"Oyunçularım birinci hissədə tapşırdıqlarımın heç birini yerinə yetirmədilər. İlk qolu "Barselona"ya hədiyyə etdik. Sonra yenə də müdafiədəki səhvimiz ucbatından ikinci qolu buraxdıq. Messi penaltini vursaydı, işimiz daha çətin olacaqdı.

Fasilədə rəqibə qarşı daha çox pressinq etməli olduğumuzu söylədim. Bunun sayəsində qol vurduq və qol epizodları yaratdıq. 10 nəfərlə qalmasaydıq, nəticə fərqli ola bilərdi. Səfərdə işimiz çətin olacaq".

Rüstəm


Müəllif: