25 Fevral 2015 20:06
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın məşhur futbolçusu Fabio Kannavaro polis qadağasını pozduğuna görə 10 ay həbs cəzasına məhkum edilib.

Teleqraf.com-un Britaniyanın "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları İtaliyada F.Kannavaronun evinin qanunsuz tikintisi ilə bağlı iş çərçivəsində binaya girişi bağlamışdılar və idmançıya, eləcə də onun ailə üzvlərinə əraziyə baş çəkməyi qadağan etmişdilər. Lakin futbolçu, qardaşı və həyat yoldaşı qadağaya əməl etməyərək evin yaxınlığındakı hovuzda bir neçə saat olublar.

Məhkəmə bunu polis qadağasını pozmaq kimi qiymətləndirib və 10 ay həbs cəzası təyin edib.

İdmançının özü apelyasiya şikayəti verib. Apelyasiyaya baxıldıqdan sonra məhkəmənin qərarı icra edilə bilər.


Müəllif: