16 May 2014 13:54
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib.

Klub prezidenti Mais Mənsimovun baş məşqçiylə görüşündə onunla müqaviləyə xitam veriləcəyi bildirilib. "Xəzər Lənkəran"ın bu haqda rəsmi məlumat yayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyədə "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş" klublarını çalışdıran Mustafa Dənizli 2013-cü ildə cənub təmsilçisi ilə müqavilə imzalamışdı. Müqavilənin müddəti 1,5 il idi.


Müəllif: