28 Fevral 2015 11:49
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” turnirinə yekun vurulub

Teleqraf.com xəbər verir ki, Tbilisi etapının son turunda Teymur Rəcəbov çempion Yevgeni Tomaşevski ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov isə Pyotr Svidlerlə xalları yarı bölüb.

11-ci turun nəticələrinə nəzər salaq:

Teymur Rəcəbov - Yevgeni Tomaşevski - 0,5:0,5

Şəhriyar Məmmədyarov - Pyotr Svidler - 0,5:0,5

Baadur Cobava - Dmitri Andreykin - 0,5:0,5

Dmitri Yakovenko - Rüstəm Qasımcanov - 0,5:0,5

Aleksandr Qrişuk - Maksim Vaşe-Laqrav - 0,5:0,5

Aniş Qiri - Leyner Dominges - 0,5:0,5

Aktivində 8 xalı olan Yevgeni Tomaşevski çempion olub. Rəcəbov 6 xalla üçüncü pilləyə sahib çıxıb. Məmmədyarov isə 5,5 xal toplayaraq dördüncülüklə kifayətlənib.

Rüstəm


Müəllif: