2 Mart 2015 14:54
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bernli"nin forvardı Denni İnqz "Mançester Siti"nin maraq dairəsinə düşüb.

Teleqraf.com "Daily Mail"ə istinadən xəbər verir ki, İnqzin klubu ilə olan müqaviləsi yayda bitir. İngilis nəhəngləri onun kompensasiya məbləğini (6 milyon funt) ödəmək gücündədilər. Onun uğrunda gedən mübarizədə "şəhərlilər" favorit hesab olunur.

Daha öncə "Liverpul" və "Real Sosyedad"ın İnqzlə maraqlandığı barədə xəbərlər yayılmışdı.

Cari mövsümdə 24 matçda meydana çıxan Denni İnqzin aktivində 9 qol və 4 məhsuldar ötürmə var.

Rüstəm


Müəllif: